ABŞ prezidenti Barak Obama “İŞİD” terror qruplaşması ilə mübarizəni müzakirə etmək üçün İranın ali dini lideri ayətullah Əli Xameneyiyə məktub ünvanlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, məktub 2014-cü ilin oktyabrında göndərilib. Məlumata görə, bu, Barak Obama tərəfindən İran rəhbərliyinə göndərilə sayca dördüncü məktubdur.
Qeyd edək ki, İran hakimiyyəti ABŞ-ın sentyabrda “İŞİD”lə mübarizədə əməkdaşlığa dair göndərdiyi sorğusunu qəbul etməyib.