ABŞ prezidenti Barak Obama dekabrın 2-də Kaliforniyanın San-Bernardino şəhərində baş verən atışmanı terror aktı ola biləcəyəni istisna etməyib, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Ağ Ev başçısı bəyan edib ki, cinayətkarların motivləri hələlik məlum deyil, lakin hadisənin terror aktı olması istisna edilmir.
“Ola bilsin ki, bu sadəcə iş münaqişəsidir”, - Obama əlavə edib.
Xatırladaq ki, San-Bernardinoda atışma dekabrın 2-də yerli vaxtla saat 11:00-da baş verib. Cinayətkarlar məhdud imkanlı insanlara yardım mərkəzinə hücum edərək atəş açıblar.
Son məlumata görə, hadisə nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.