ABŞ prezidenti Barak Obama Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü ilə bağlı təntənəli tədbirlərdə iştirak etmək üçün Rusiyaya gəlmək təklifini rədd edib.
Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox bildirib.
“Yaxın gələcəkdə prezidentin Rusiyaya səfər etmək planı yoxdur”, - deyə, Strox vurğulayıb.
18:10
Moskva ABŞ prezidenti Barak Obamanı faşizm üzərində qələbənin 70 illik yubileyinə dəvət edib.
Oxu.Az bu barədə RİA “Novosti”-yə istinadən xəbər verir.
Bu bəyanatı Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov verib.
“Rusiya və ABŞ prezidentləri arasında mümkün əlaqələr barədə danışıqlar aparılmır”, - Vladimir Putinin köməkçisi qeyd edib.
Daha öncə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illik yubileyinin qeyd edilməsi barəsində qərar imzalanıb və ŞƏT simvolu təsdiqlənib.