Səhiyyə sistemindəki islahatlar zamanı vəzifəsindən sui-istifadə etməkdə ittiham olunan ABŞ prezidenti Barak Obama məhkəməyə verilir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, amerikalı konqresmenlər ABŞ prezidentinin məsuliyyətə cəlb olunması üçün hazırlanan qətnaməni dəstəkləyiblər.
Lakin ABŞ prezidenti respublikaçıların ona qarşı iddia qaldırmasını adi oyun kimi qəbul edir.
Çərşənbə günü baş tutmuş səsvermə zamanı qətnamənin qəbul olunması üçün 225 palata üzvü razılıq versə də onlardan 201-i buna qarşı olub. Qanun layihəsi prezidentin əleyhdarları olan respublikaçılar tərəfindən dəstəklənib və qanunauyğun olaraq onun həmfikirləri olan demokratlar tərəfindən rədd edilib.
Qətnamə qəbul edildiyinə görə, artıq 1 avqustdan etibarən nümayəndələr palatasının vəkilləri prezidentə qarşı qaldırılacaq iddiada lazım olan sənədlərin hazırlanmasına başlaya bilərlər.