ABŞ prezidenti Barak Obama Moskvada keçiriləcək Böyük Dünya Müharibəsinin 70 illiyinin qeyd olunması ilə bağlı tədbirlərə qatılmayacaq.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin müşaviri Ben Rods bəyan edib.
“Mən, bizim dövlət başçısı səviyyəsində iştirakımızı gözləmirəm. Prezident Obama Moskvaya səfər planlaşdırmır”, deyə o təsdiqləyib.
Öncə məlum olub ki, Çexiya prezidenti Miloş Zeman da faşist Almaniyası üzərində qələbənin 70 illiyinin qeyd olunması üçün Moskvaya səfər etməyəcək.