ABŞ prezidenti Barak Obama hərbi xərclər üçün əlavə 1 mlrd. dolların ayrılması məqsədi ilə Konqresə müraciət edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu vəsait Şərqi Avropada ABŞ hərbi mövcudluğunun gücləndirilməsinə yönəldiləcək.
Obamanın təşəbbüsü ABŞ qoşunlarının maliyyələşməsinin artırılması ilə yanaşı NATO-ya daxil olmayan ölkələrin, o cümlədən Ukrayna, Gürcüstan və Moldovanın potensialının gücləndirilməsini nəzərdə tutur.