ABŞ prezidenti Barak Obama fəaliyyəti dövründə rusiyalı həmkarı Vladimir Putinə düzgün qiymət verdiyini hesab edir.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə o, ABC telekanalına müsahibəsində bildirib.
Obama aparıcının “Rusiya prezidenti Vladimir Putini düzgün qiymətləndirmisinizmi?” sualına “düşünmürəm ki, onu lazımınca qiymətləndirməmişəm”, – deyə cavab verib.
“Qiymətləndirmədiyim, dezinformasiya və kiberhücumların müasir cəmiyyətə necə güclü təsirə malik olmasıdır”, – deyə Barak Obama əlavə edib.
A.M.