ABŞ prezidenti Barak Obamanın bir hərəkəti onun helikopterini uçuşdan saxlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yola düşməzdən az qabaq o, telefonunu ofisdə unutduğunu yada salıb və helikopterdən çəmənliyə tullanıb. Daha sonra o, oval kabinetə qaçıb.
Bir neçə dəqiqdən sonra ABŞ prezidenti geri qayıdıb və curnalistlərə əl edib. O, yeni aldığı qaceti jurnalistlərə nümayiş etdirib.
ABŞ prezidenti daha sonra helikopterə minərək Las-Veqasa uçub ki, mühacirlər barədə yeni qanunu dəstəkləsin.