ABŞ prezidenti Barak Obama Osmanlı imperiyasında baş vermiş 1915-ci il hadisələri ilə müraciətində yenə də “soyqırımı” sözünü işlətməyib.
Oxu.Az Haqqın.az-a istinadən xəbər verir ki, bu barədə TRT Haber bildirib.
Hər ilin aprel ayının 24-də Ermənistan qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edir.
Ermənilər və erməni lobbisi iddia edir ki, Türkiyə cümhuriyyətinin sələfi – Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırımı” törədib.