ABŞ prezidenti Barak Obama ermənilərin kütləvi qırğınının 100 illiyi bağlı bəyanatında yenə “soyqırım” sözünü istifadə etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Obama bəyanatında qeyd edib ki, kütləvi qətlin ildönümü tarixin saxlanılması və keçmişi xatırlamağın zəruriliyini simvolizə edir.
O, həmçinin vurğulayıb ki, artıq bir neçə dəfə 1915-ci ildə baş verənlərlə bağlı mövqeyini bildirib və onun bu mövqeyi dəyişməyib.
www.oxu.az