Moskva hüquq-mühafizə orqanı əməkdaşları, məşhur xarici bloqbasterin qəhrəmanı şərəfinə “Pipets” təxəllüsünü verdikləri cinayətkarı axtarırlar.
Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, Palovski Posad ticarət mərkəzinin zərgərlik salonlarının birində quraşdırılmış kameraların videoyazısında cinayətkarın ağlasığmaz hərəkətləri qeyd edilib.
Üzündə maska olan cinayətkarın uzun zaman sürünərək hərəkət etməsi onun kameralara düşmək istəməməsini bildirir, amma o, buna baxmayaraq kameraların obyektivinə düşür.
Əməliyyatçılar “Çətin tapşırıq” blokbasterinə baxan cinayətkarın, onun fikrincə salonda quraşdırılan infraqırmızı şüalardan və datçiklərdən qorunmağa çalışdığını ehtimal ediblər. Bundan başqa, “tapşırığın” yerinə yetirilməsi zamanı Pipets müdafiə üçün əlavə vasitələrə ehtiyacı olduğunu düşünərək üzərində işıq əks etdiricisi olan qeyri-şəffaf örtük ilə örtünür.
Nəhəng tısbağanı xatırladan cinayətkar bütün dükan boyu hərəkət edir və hər şeyi düşünmüş kimi görünürdü: barmaq izi qoymamaq üçün o “işə” stendlərdən zinət əşyalarının çıxarmağa çalışdığı balıqçı tilovu gətirmişdi. Amma “qəniməti” bu yol ilə əldə etmək elə də asan olmur. Reklam prospektlərini aşıran Pipets özü piştaxtanın arxasına keçmək qərarına gəlir.
Orada bir müddət qurdalanaraq zinət əşyaları olan qutuları açır. Amma bir anlıq onun gözəgörünməz plaşı sürüşür və kameralar onun üzünü qeydə alırlar. Gözləri parıldayan cinayətkar yenidən “zirehinin” altında gizlənir. Amma qəniməti əldə etdikdən sonra hadisə yerindən tilovu da örtüyü də ataraq qaçır.
Məlum olduğu kimi hadisə iyulun 23-də baş verib. Zərgərlik dükanının qarət edilməsi faktı üzrə Pavlov Posadının polisi tərəfindən cinayət işi açılıb.
E.Ə.
www.oxu.az