Rusiya Baş Prokurorluğunun əməkdaşını bıçaqlayan şəxs Moskvada saxlanılıb.
Riafan.ru-nun xəbərinə görə, bildirilir ki, Aleksey Zaretski mağazadan oğurluq edən gəncə öz iradını bildirib. Buna cavab olaraq gənc cibindən soyuq silah çıxararaq, onu ayağından bıçaqlayıb və qaçıb.
Prokuror isə xəstəxanaya yerləşdirilib.
Şübhəli - 22 yaşlı İbrahim Bikarov artıq saxlanılıb.
Hadisə ilə əlaqədar istintaqa başlanılıb, cinayət işi qaldırılıb.