Rusiyanın Vladivostok şəhərinin 23 yaşlı sakini öz anasını öldürdükdən sonra 3 il yarım eyvanda saxlayıb.
Oxu.Az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Primorye diyarının müstəntiqi Avrora Rimskaya yayıb.
Onun sözlərinə görə, öldürülən qadın 3 il yarım idi ki, itkin sayılırmış. Qətl hadisəsi Vladivostok şəhərinin Nevelskaya küçəsində ana ilə oğul arasında baş verib. Mübahisə düşdükdən sonra oğlan iplə anasını boğub, sonra isə eyvanda gizlədib.
Qeyd edək ki, meyiti polislərə oğlanın özü verib və anasını öldürdüyünü etiraf edib.