Qondurasda 16 yaşlı Neysi Perez dəfnindən bir gün sonra ayılıb.
Oxu.Az The Telegraph-a istinadən xəbər verir ki, qadın onu qəbirdən çıxarmağa cəhd zamanı ölüb.
Hamiləliyin üçüncü ayında olan Neysi Perez La Entrada şəhərində evinin yanında atışma səslərini eşidərkən huşunu itirib. Valideynləri onu aşkar edəndə onun ağzından köpük gəlib, onlar qızlarına qara qüvvələrin mübtəla olduğunu düşünərək yerli keşişi çağırıblar. Ekszorsizm ayini zamanı qadın huşsuz olub, onu xəstəxanaya çatdırıblar, burada tibb işçiləri onun öldüyünü qeyd ediblər.
Perezi bir neçə ay əvvəl ailə qurarkən geyindiyi toy paltarında dəfn ediblər. Dəfn mərasiminin səhərisi gün əri Rudi Qonzales qəbiristanlığa gələrkən qəbirdən boğuq qışqırıqlar və taqqıltı eşidib. Kişi qohumları yardıma çağırıb.
Onlar qəbiri qazıb tabutu açdıqda Perezin ölmədiyini aşkar ediblər. Onun sağ olduğunu tabutdan çıxmağa çalışarkən aldığı əlindəki yaralar sübut edir. Qohumların sözlərinə görə, Perezin cəsədi isti olub. Onu xəstəxanaya çatdırıblar, amma onu xilas etmək mümkün olmayıb.
Tibb işçilərinin fikrinə görə, ilkin huşunu itirmə panikanın nəticəsi ola bilərdi, bu isə ürəyin müvəqqəti dayanmasına gətirib çıxarıb. Bundan başqa, tibb işçiləri Perezin katapleksiya tutması keçirdiyini, bunun isə əzələlərin tonusunu itirməsi ilə müşahidə edildiyi fikrinə də yer verirlər.