Rusiyanın Orenburq vilayətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. “RİA Novosti” xəbər verir ki, minivenlə “Qazel”in toqquşması nəticəsində yanğın baş verib. Yanğında 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli yanıq və xəsarətlərlə Sol-İletsk şəhərinin xəstəxanasına aparılıb. İlkin məlumata görə, ölənlərin hamısı Qırğızıstan vətəndaşıdır.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin