Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə baş idarəsinin rəhbəri Anatoli Yakunin Orxan Zeynalov haqda məlumat verən şəxsə 1 milyon rubl verib (31 456 ABŞ dolları).
Oxu.Az Milli.Az-a istinadən xəbər verir, Rusiya mətbuatın yaydığı məlumata görə, pulun məhz kimə verildiyi məxfi saxlanılır.
Bundan əvvəl yayılan məlumatda deyilirdi ki, milyon rublu Orxanın yaşadığı mənzilin sahibi alacaq.
KİV-də yayılan məlumata görə, qohumları da Orxanın saxlanılmasına yardımçı olublar.