Fransanın böyük şəhərlərində ötən gecə boyu etiraz aksiyaları davam edib.
Fransa mətbuatında qeyd olunur ki, ötən gecə etirazçılardan 719 nəfər saxlanılıb. Paris və ətraf ərazilərdə saxlanılanların sayı 200 nəfərə yaxın olub.
09:22
Səhər saatlarında Fransada iğtişaşlarla əlaqədar yüzlərlə insan saxlanılıb.
Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen sosial şəbəkə hesabında yazıb.
Nazir bütün ölkə üzrə 400-dən çox insanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını açıqlayıb.
“Axşam saatlarından indiyədək 427 nəfəri həbs edən polisin qətiyyətli tədbirləri sayəsində gecə daha sakit keçdi”, - nazirin paylaşımında bildirilir.
İyulun 2-si bazar gününə keçən gecə 45 mindən çox fransız polisi və jandarmı vəzifəsini yerinə yetirib.