Rusiyanın Moskva vilayətində mobil telefon mağazasının satıcısını döyən və soyğunçuluq edən şəxs saxlanılıb.
REN TV xəbər verir ki, hadisəni törədən kişi şəxsi mənzilində gizlənib və xüsusi təyinatlıların onun ünvanını tapmayacağını düşünüb.
34 yaşlı şəxs qara maskada mobil telefonların satıldığı dükana daxil olub. Əlindəki oxlovla satıcıya xəsarət yetirəndən sonra onun əllərini kəndirlə bağlayaraq mağazadan 20 ədəd smartfon və 300 min rubl (7 470 manat) məbləğində pul oğurlayıb.