Azərbaycanda fiziki məhdudiyyətli şəxslərin problemləri və onların haqlarının qorunması ilə bağlı ən yaxşı məqalənin müəyyən edilməsi üçün jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri elan edilib.
Müsabiqə fevral ayında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramı çərçivəsində təşkil olunub.
Birinci yeri 109 bal toplayan üç jurnalist - Zülfiyyə Quliyeva (Movqe.az), Raminə Eyvazqızı (Mediapress.az) və Fərman Nəbiyev (Mingəçevir işıqları qəzeti) öz aralarında bölüşdürüb.
İkinci yeri 105 baş xalla jurnalist Rufik İsmayılov (Kaspi.az) tutub.
Üçüncü yerə isə Oxu.Az-ın əməkdaşı Ramella İbrahimxəlilova sahiblənib (104 bal). Qaliblərə sertifikatlarla yanaşı, pul mükafatları verilib.
Sertifikatları jurnalistlərə “Cənubi Qafqazda Avropa standartlarına yaxınlaşma” regional proqramının Azərbaycan üzrə rəhbəri Tomas Meyer təqdim edib.