Özbəkistanın Müdafiə Nazirliyinin “Mi-171” helikopteri Fərqanə vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər, həmçinin 6 hərbçi və 3 ekipaj üzvü həlak olub.
Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, məlumatı milli “Uzbekiston” telekanalı yayıb.
Qəzanın səbəblərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb.
A.M.