Özbəkistan DİN-in əməkdaşının ailəsinin üç üzvü, o cümlədən də dörd yaşlı uşaq Namanqan vilayətində qətlə yetirilib, bu barədə “Ozodlik” radiosu (“Azadlıq” radiosunun Özbəkistan şöbəsi) bildirib.
Namanqan vilayətinin Norinsk rayonunun Hakkulabad şəhərində fevral ayının 22-də Özbəkistanın DİN-in Daşkənddə istintaq-axtarış şöbəsində çalışan milisin anasının, arvadının və dörd yaşlı övladının meyitləri çayda aşkar edilib. Milisin soyadı açıqlanmır, “Ozodlik” radiosu bildirib.
İlkin baxış nəticəsində əldə olunan məlumata görə, qurbanlar əvvəlcə bıçaqla vurulub. Yalnız 2,5 yaşlı körpə sağ qalıb, onu cinayət baş verən ərazidə bir evin qapısına atıblar.
“Bu qətlin milis əməkdaşının fəaliyyəti ilə əlaqədar “sifarişlə” törədildiyi ehtimal edilir”, - radiostansiya tərəfindən sorğu aparılan mənbələr belə hesab edir. Hüquq mühafizə orqanlarında cinayətin bu versiyasını şərh etməkdən imtina ediblər.
Faciənin istintaqı ilə Milli təhlükəsizilk şöbəsi və Namanqan vilayəti üzrə DİN şöbəsi, eləcə də Daşkəndə gəlmiş istintaq briqadası məşğul olur.
www.oxu.az