Özbəkistanın ilk müdafiə naziri, ehtiyatda olan general-polkovnik Rüstəm Əhmədov 82 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
İlk müdafiə naziri Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1991-ci il sentyabrın 10-da vəzifəyə təyin olunub. O, 1997-ci ilin sentyabr ayına qədər quruma rəhbərlik edib.
1998-ci ildə Əhmədov təqaüdə çıxıb. Ölkə qarşısında xidmətlərinə görə o, bir sıra orden və medallarla, o cümlədən 2-ci dərəcəli Şan-Şərəf ordeni (1995), milli ordunun inkişafındakı xidmətlərinə görə "Dostluq" ordeni (2018) ilə təltif edilib.