Pakistanla sərhəddəki münaqişədə Əfqanıstan ordusunun azı 274 hərbçisi həlak olub, 400-dən çoxu yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ahmed Çaudxri məlumat verib.
Onun sözlərinə görə, Pakistan ordusu, həmçinin Əfqanıstanın 73 hərbi postunu məhv edib, daha 18-ni nəzarətə götürüb.
Bundan əlavə, Əfqanıstanın tanklar, artilleriya və zirehli transportyorlar da daxil olmaqla 115-dən çox hərbi texnikasına ziyan dəyib.
"Münaqişə zamanı Pakistan ordusu 12 hərbçisini itirib. Daha 27 hərbçi yaralanıb, bir nəfər isə itkin düşüb. "Taliban" qüvvələri Əfqanıstan-Pakistan sərhəd zonasında yerləşən 53 yaşayış məntəqəsini atəşə tutub", - deyə Pakistan ordusunun rəsmisi bildirib.
Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi isə bildirib ki, ölkəsi Əfqanıstanın hücumlarına cavab olaraq hərbi əməliyyatlarını davam etdirir:
"Bəli, əməliyyatları davam etdiririk, çünki onlar bizə qarşı hücuma keçiblər. Pakistan heç vaxt Əfqanıstana qarşı nüvə silahından istifadə etməyəcək. Bu, mümkün deyil. Biz heç bir ölkəyə qarşı, istənilən şəraitdə nüvə silahından istifadə etməyəcəyik".
Pakistan ordusunun endirdiyi zərbələr nəticəsində azı 228 "Taliban" döyüşçüsü öldürülüb, 314 nəfər yaralanıb.
Oxu.Az "Al Jazeera"yə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyatlar zamanı Əfqanıstanın 74 hərbi postu məhv edilib, 18-i isə ələ keçirilib.
Xəbərdə bildirilir ki, döyüşlər zamanı Pakistan ordusunun 27 hərbçisi xəsarət alıb.
Pakistanla sərhəddə baş verən münaqişədə Əfqanıstan ordusunun azı 133 hərbçisi həlak olub, 200-dən çoxu yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.
Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-nu nəzarətə götürüb.
Məlumata görə, tanklar, artilleriya və zirehli transportyorlar da daxil olmaqla 80-dən çox hərbi texnikaya da ziyan dəyib.
"Kabil, Paktiya və Qəndəharda Əfqanıstanın "Taliban" hərəkatının müdafiə mövqelərinə zərbələr endirilib", - deyə nazir bildirib.