Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pakistan rəsmisi: "Hindistanla danışıqlarda üç əsas məsələni müzakirə etməyə hazırıq"
Pakistan Hindistanla danışıqların baş tutacağı təqdirdə üç əsas məsələni - Kəşmir problemini, transsərhəd terrorizmini və Hind çayının suyunun paylanılmasını müzakirə etməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif "Geo News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu problemlər son 76 il ərzində mövcuddur.
"Pakistan terrorun böyük qurbanıdır və bu problem, eləcə də Pakistan və Hindistanın üç dəfə bir-biri ilə müharibə apardığı Kəşmir məsələsi həll edilməlidir. Bu məsələ Pakistan-Hindistan danışıqlarının gündəliyinə daxil edilməlidir", - deyə Pakistanın müdafiə naziri qeyd edib.
Müdafiə naziri, həmçinin bildirib ki, mayın 10-da Hindistanla atəşkəs razılaşmasının əldə edilməsi Pakistanın bu ölkə ilə münaqişədə təmkin və hərbi güc nümayiş etdirməsi nəticəsində qazanılmış diplomatik qələbədir.
"Hindistan-Pakistan gərginliyi" teqi üzrə xəbərlər
- Hindistan ilk dəfə etiraf etdi: "Pakistanla toqquşmalarda bir neçə qırıcımız vurulub"
- Trampın sülh təşəbbüsləri niyə puça çıxır?
- İki nüvə dövləti arasında gərginlik: Hava məkanları qarşılıqlı bağlandı
- Pakistan ordusu: "Hindistan atəşkəsi pozarsa, sərt cavab alacaq"
- Hindistanla Pakistan qoşunları əvvəlki mövqelərə çəkmək barədə razılığa gəliblər