Pakistanda toy zamanı gəlinin qohumları üçüncü dəfə evlənməyə cəhd edən bəyi qovublar.
“BBC” xəbər verir ki, ölkənin Karaçi şəhərinin sakini Asif Rafiq Siddiqi toy edərkən mərasimə onun ilk həyat yoldaşı gəlib.
O, gəlinə və toy iştirakçılarına A.R.Siddiqinin artıq iki qadınla evli olduğunu deyib.
Bunu eşidən gəlinin qoyumları üçüncü dəfə evlənmək istəyən Asifin arzusunu ürəyində qoyublar.
Qeyd etmək lazımdır ki, Pakistanda çoxarvadlılığa icazə verilir.
Evlənmək istəyən şəxs bunu etməzdən öncə əvvəlki həyat yoldaşlarının razılığını alsın.
Lakin A.R.Siddiqi həyat yoldaşlarına bu toy barədə heç bir məlumat verməyib.