Pakistanın Mianvali şəhəri (Pəncabın şimal-şərqində yerləşən əyalət) yaxınlığında hərbi hava qüvvələri bazasına terror hücumu olub.
Nəticədə üç təyyarə və bir tanker zədələnib.
Məlumata görə, üç terrorçu bazaya soxulmağa cəhd edərkən məhv edilib, daha üç terrorçu isə hərbçilərin çevik reaksiyası nəticəsində mühasirəyə alınıb. Onların zərərsizləşdirilməsi üzrə əməliyyat yekunlaşmaq üzrədir.
Hücuma görə məsuliyyəti Pakistan hökumətinə qarşı çıxan və ölkədə “əsl İslam dövləti” yaratmaq uğrunda mübarizə aparan “Təhrik-i-Cihad Pakistan” terror qruplaşması öz üzərinə götürüb.
Qeyd edək ki, bundan əvvəl terrorçular Bəlucistan və Xeyber-Paxtunxva əyalətlərində bir neçə hücum həyata keçiriblər. Onlar Qvadar rayonunda (Bəlucistan) təhlükəsizlik maşınlarının karvanına hücum edib və Dera İsmayıl-Xan şəhəri yaxınlığında partlayıcı qurğunu uzaqdan işə salıblar. ISPR-nin məlumatına görə, nəticədə 17 əsgər həlak olub, 24-ü yaralanıb.
Mənbə: TASS