Pakistanın paytaxtı İslamabadda motosikletdə olan naməlum şəxslər məscidin qarşısında insanlara atəş açıb.
Oxu.Az-ın “Sinxua” agentliyinə istinadən məlumatına görə, insident nəticəsində iki nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.
Bildirilir ki, cinayət şəxsi düşmənçilik zəminində törədilib. Hədəfdə isə Pakistan kəşfiyyat bürosunun əməkdaşı olduğu bildirilir. Polis hadisə yerini mühasirəyə alıb. Hələlik heç bir qruplaşma baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.
S.B.
www.oxu.az