Pakistan beynəlxalq insan haqları təşkilatlarının müraciətlərinə baxmayaraq, 2004-cü ildə uşaq qətlinə görə məhkum edilmiş Şəfqət Hüseyni edam edib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, onun vəkillərinin bildirdiyinə görə, təqsirli bilinərkən onun 14 yaşı olub və işgəncəyə məruz qalıb.
Lakin rəsmilərin bildirdiyinə görə, onun ittiham olunarkən azyaşlı olmasına dair heç bir sübut yoxdur.
O, valideynləri ilə sonuncu dəfə gecəyarı görüşüb, daha sonra isə Kəraçi şəhərində yerləşən həbsxanada asılıb.
Hüquqi çəkişmələr səbəbindən onun edamı bu il ərzində dörd dəfə gecikib.
Lakin bütün cəhdlərə baxmayaraq onun edamının qarşısını almaq mümkün olmayıb.
Pakistan hökuməti keçən ilin dekabr ayında Pişəvər şəhərində məktəbə hücumdan sonra ölüm hökmünə qoyulmuş moratoriumu ləğv edib.
Talibanın hücumu nəticəsində məktəbdə 150-dən çox şagird və müəllim həlak olmuşdu.
E.Ə.
www.oxu.az