Pakistanın Paraçinar şəhərində bazarda baş verən partlayış nəticəsində ən azı 15 nəfər ölüb, Oxu.Az Press TV-yə istinadən xəbər verir.
Terror aktı şəhərin girişində qış paltarları satılan cərgələrin qarşısında törədilib.
Şəhər xəstəxanasında bildiriblər ki, hadisə zamanı 47 nəfər yaralanıb, onlardan 15-nin vəziyyəti ağırdır.
Şahidlərin sözlərinə görə, terror aktını törədən iki nəfər hadisə yerindən qaçmağa çalışsalar da, onları saxlayıb hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil veriblər.