Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Pakistanda yaşayış binasına silahlı hücum: Ölənlər var
Pakistanın Heybər Paxtunxva əyalətində yerləşən Bədabər kəndində silahlı şəxslər yaşayış binasına hücum ediblər.
Polisin məlumatına görə, onlar yaşayış binasına soxularaq orada atışma törədiblər. Nəticədə doqquz nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının hadisənin iki ailə arasında pul və maddi mübahisə ilə bağlı ilkin versiyası təsdiqini tapmayıb. Polis hücum edənlərin motivlərini araşdırır.
Mənbə: TASS
Ən çox oxunanlar