Pakistanda adamyeyən evində üçyaşlı oğlanın kəsilmiş başı tapıldıqdan sonra yenidən həbs edildi.
Oxu.Az The Daily Mail-ə istinadən bildirir ki, Darya Xan şəhərindən olan Muhammed Arif (35 yaş) və Muhammed Fərman (30 yaş) qardaşları 2 il müddətinə azadlıqdan məhrum ediliblər və keçən il azadlığa buraxılıblar. Həbslərinə səbəb isə hanniballıq, yəni adamyeyənlikdir.
Yerli polislər xəbər vermişdilər ki, onlar qəbiristanlıqdan 100 insan cəsədi çıxararaq yeyiblər.
Muhammed Arif evində aşkar edilən dəhşətli tapıntıdan sonra yenidən həbs edildi.
Onun qardaşı Muhammed Fərman isə polis tərəfindən axtarılır.
Rayon polis rəisi Amer Abdulla bildirib ki, axtarış qonşuların qardaşların evindən gələn iydən şikayət etdikdən sonra aparılıb.
“Biz evə girdik və orda üçyaşlı uşağın başını tapdıq” – deyə polis rəisi Reuters-ə bildirib.
“Biz qardaşlardan birini - Muhammed Arifi həbs etdik, indi isə ikincisini axtarırıq”.
Polis hanniballar tərəfindən qazılmış qəbir tapmaq üçün yaxınlıqda olan bütün qəbiristanlıqları axtarıb.
Qardaşlar ilk dəfə onların evində 2011-ci ildə qəbirdən itmiş 24 yaşlı qadın meyitini tapanda həbs ediliblər.
Axtarış zamanı evdə ətin bişirildiyi qazanı da tapıblar. O zaman qardaşları 2 il müddətinə azadlıqdan məhrum etdilər.
Onların hər ikisi evli idi və uşaqları var idi. Amma 3 il bundan öncə aparılan istintaqdan sonra ailələri onları tərk edib.