Rusiyanın paytaxtı Moskva şəhərində bir neçə ekstrim həvəskarı özlərini paraşütlə hündürmərtəbəli binanın 52-ci mərtəbəsindən aşağı atıb.
Hadisənin görüntüləri “Novosti Moskvı” “Telegram” kanalında yayımlanıb.
Hadisədən qısa müddət sonra ekstrim həvəskarları polislər tərəfindən saxlanılıblar.