Son 70 ildə ilk dəfə Fransanın paytaxtı Paris şəhərində havanın temperaturu 40 dərəcə istiyə qədər qalxıb.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, bu 2003-cü ilin avqust ayındakı göstəricilərindən də çoxdur. O zaman Fransada 19,5 min adam dəhşətli istilərin qurbanı olmuşdur.
Şəhər hakimiyyəti mümkün nəticələri aradan qaldırmaq üçün bütün gücünü səfərbər edib.