Məşhur Paris İncəsənət körpüsü turistlərdən qalan “məhəbbət qəsrləri”nin ağırlığına dözməyib çökdü.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, körpüdə olan turistlər təxliyyə olunub.
Metal barmaqlıq çaya deyil, içəri düşüb.
“Əgər o qayığın üzərinə düşsəydi, nəticə faciəvi olardı”, - deyə polis əməkdaşı bildirib.
Turistlər arasında körpüyə üstünə adı yazılmış dəmir qıfıl asmaq adəti məşhurdur, amma bu suvenirlərin ağırlığı 1804-cü ildə tikilmiş və ikinci dünya müharibəsində aldığı zədələrdən 1980-ci ildə təmir edilmiş dəmir körpü üçün təhlükəlidir.