Fransanın baş naziri Manuel Vals bəyan edib ki, Charlie Hebdo jurnalına hücum çərçivəsində yeddi nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Le Figaro qəzetinin bloqunda bildirilir.
Şübhəlilər bu gün səhər saatlarında Şarlevil-Mezyer, Reyms və Jenvildə saxlanılıblar.
iTele-nin məlumatına görə, Parisin çıxışında atəş səsləri eşidilir. Son məlumatlara görə, polis yaralanıb. Atışma Şatiyon rayonunda qeydə alınıb.
Bildirilir ki, atəş avtomatik silahdan açılır. Hələlik bu atışmanın Charlie Hebdo-ya hücumla əlaqədar olub-olmadığı bilinmir.