Fransanın paytaxtı Parisdə yerləşən məscidlərdən birinin yaxınlığında baş verən atışma nəticəsində bir nəfər yaralanıb.
“Daily Mail” xəbər verir ki, dəbilqə geymiş şübhəli şəxs skuter vasitəsi ilə məscidə yaxınlaşaraq cinayəti törədib və hadisə yerindən qaçıb.
Nəticədə bir nəfər ayağından iki dəfə yaralanıb.
Məlumata əsasən, hadisə zamanı məsciddə 115 nəfər olub.
Hal-hazırda şübhəli şəxs axtarışdadır.