Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Parisdə Olimpiada üçün terrora qarşı “güclü” təhlükəsizlik tədbirləri: Sistem dronla ventilyatoru qarışdırır
Fransa hökumətinin Paris Olimpiya Oyunlarında istifadə etmək niyyətində olduğu “Parade” dron aşkarlama və zərərsizləşdirmə sistemi üç pilotsuz uçuş aparatından (PUA) yalnız birini aşkar etməyə qadirdir.
Oxu.Az-ın məlumatına görə, bu barədə ekspertlər “The Times” qəzetinə müsahibəsində xəbərdarlıq ediblər.
Mütəxəssislər bildiriblər ki, “Thales” şirkəti tərəfindən hazırlanan və 350 milyon avro (640,7 milyon manat) dəyərində olan sistem nəinki PUA-ların hamısını aşkar edə bilmir, həm də ventilyatorları dronlarla səhv salır. Bu, PUA-dan istifadə etməklə terror hücumu riskini artırır.
Qeyd olunub ki, “Parade” sistemi 2023-cü ildə Reqbi üzrə Dünya Kuboku zamanı təhlükəsizliyi təmin etmək üçün istifadə olunub. Həmin vaxt müvafiq icazə olmadan dronlardan istifadə ilə bağlı 55 fakt müəyyən edilib. Ancaq onların neçəsinin ventilyator olduğu barədə açıqlama verilməyib.
Rəylər