Paris prokuraturası şəhərdə törədilən terror aktları nəticəsində 129 nəfərə çatdığını
Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters qurumdakı mənbələrinə istinadən xəbər verir.
Məlumata əsasən hücum zamanı 352 nəfər yaralanıb. Onlardan 99-nun vəziyyəti kritikdir.
14:18
Paris prokuraturası şəhərdə törədilən terror aktları nəticəsində 128 nəfərin öldüyünü bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters qurumdakı mənbələrinə istinadən xəbər verir.
Məlumata əsasən 99 nəfər kritik vəziyyətdədir.
Bundan əvvəl ən azı 150 nəfərin qöldüyü barədə məlumat verilirdi.
07:36
Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.
Noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub.
Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib.
Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.
Paris meriyasının məlumatına görə, terror aktları qurbanlarının 100-ü “Bataklan” teatrında, 40 nəfər isə paytaxtın müxtəlif bölgələrində öldürülüb.
Son məlumatlara əsasən, terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Fransa ordusunun 1,6 min hərbçisi Parisə yeridilib, əmliyyat keçirilir, yaralıların evakuasiyası davam edir.