Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı
Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq.
N.Paşinyan Tavuş sakinlərinin xəbərdarlıq edib ki, Ermənistan sözügedən kəndləri Azərbaycana qaytarmasa, bunun nəticəsi İrəvan üçün çox ağır olacaq.
“Müharibə baş versə, nə ilə nəticələnəcəyini də mən yaxşı bilirəm. Sonra siz Respublika meydanında qarşılaşanda mənə deyəcəksiniz ki, yaxşı, deyək ki, biz sadə kəndlilərik, məlumatımız yox idi, amma siz axı hər şeyi bilirdiniz”, - deyə Ermənistan hökumətinin başçısı əlavə edib.
Mənbə: Sputnik Ermənistan
Rəylər