Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinken telefonla Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
“Baş nazir Nikol Paşinyan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Söhbət zamanı Qarabağdakı vəziyyət müzakirə edilib”, - məlumatda deyilir.
Həmçinin, mətbuat xidməti Paşinyanın Fransa Prezidenti Emmanuel Makrona da zəng etdiyini açıqlayıb.
Rəylər