Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paşinyan daha bir qubernatoru istefaya göndərdi
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Armavir vilayəti qubernatoru Eduard Ovannisyanı vəzifəsindən azad edib.
Bu barədə hökumət başçısı müvafiq sərəncam imzalayıb.
“Azadlıq Radiosu”nun Ermənistan bürosunun məlumatına görə, bu qərardan öncə Paşinyan sözügedən regionun Üçkilsə şəhərinə səfəri zamanı baxış keçirdiyi ibtidai məktəbdə bir sıra nöqsanlar aşkarlayıb.
Qeyd edək ki, E. Ovannisyan 2021-ci ildə bu vəzifəyə təyin olunmuşdu.
Xatırladaq ki, srağagün Ermənistan liderinin ölkəsinin Loru vilayətinə səfərindən sonra şəhərsalma komitəsinin sədri Armen Qularyan və qubernator Aram Xaçatryan vəzifəsindən uzaqlaşdırılıb. Orada da o məktəb, gimnaziya və tibbi mərkəzləri ziyarət edərək çatışmazlıqlara işarə edib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan delimitasiya prosesinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verdi
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Paşinyan: "Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti
Rəylər