Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paşinyan növbədənkənar parlament seçkisi ilə bağlı danışdı
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkisinin keçirilməsinə təşəbbüs göstərmək niyyətində olmadığını bildirib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
"Biz növbədənkənar parlament seçkisi keçirmək niyyətində deyilik. Hökumət planlaşdırılmış rejimdə işləyir", - deyə Paşinyan qeyd edib.
O, həmçinin "bu söz-söhbətləri" vətəndaşlarla "vasitəçilər olmadan" aktiv ünsiyyətdə olması ilə izah edib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkisi 2026-cı ilin iyun ayına təyin edilib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
Ən çox oxunanlar