"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir".
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib.
Nikol Paşinyan bildirib ki, bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı.
"Hazırda əlimizdə davamlı, qəti, sabit, uzunmüddətli və etibarlı sülhün bərqərar edilməsi üçün çox real, tarixi bir fürsət var. Bu fürsətdən istifadə etməmək bağışlanmaz olardı. Bu tarixi şansdan maksimum dərəcədə yararlanmaq mənim şəxsi missiyam, eləcə də hökumətimizin missiyasıdır".