Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paşinyan problemləri tualetlərdən gələn pullarla həll etmək niyyətindədir
Ermənistan baş naziri Nikol Paşinyan Cermuk icmasının büdcəsini restoranlardakı tualetlərdən istifadəyə görə ödənişlərdən əldə edilən gəlirlər hesabına doldurmaq niyyətindədir.
Oxu.az erməni mətbuatına istinadən verdiyi məlumata görə, o, Cermukda məşhur maral heykəlinin yaxınlığında restoran və kafelər tikilməsini təklif edir.
"Niyə burada restoran, kafe və hotellər olmamalıdır? Turistlər pul xərcləyirlər, hətta tualetə 500 dram (1 dollardan çox - red.) xərcləsələr belə bu, onlar üçün az puldur, amma icma bununla hansısa problemi həll edə bilər", - deyə o bildirib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Fuad Hüseynəliyev: "Paşinyan əhalini konstitusiya dəyişikliklərinin zəruriliyinə inandırmalıdır"
- Paşinyan: "Əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmirdi"
- Paşinyan: "Ermənistan və Azərbaycan arasındakı müharibəni unudun"
- Koçaryan və Sarqsyan həbs ediləcəklər?
- Paşinyan: "Qarabağ uğrunda hərəkatın davam etdirilməsi dövlətçilik üçün məhvedicidir"
Ən çox oxunanlar