"Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi vacibdir".
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarına müraciətində deyib.
O, yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinin zəruri olduğunu bildirib.
Paşinyan referendumun vaxtını açıqlamayıb.