Ermənistanda müxalifət liderləri baş nazir Nikol Paşinyana istefa üçün oktyabrın 5-dək vaxt veriblər.
Bu barədə İrəvanda hökumət evi qarşısında keçirilən etiraz aksiyası zamanı bildirilib.
“Biz bütün qüvvələrimizi birləşdirməliyik ki, oktyabrın 5-nə qədər Paşinyan istefaya göndərilsin. Heç kim bilmir ki, o, Ermənistan üçün daha hansı qanlı sənədləri imzalamağa hazırlaşır. Biz buna imkan verməməliyik”, - hərəkatın liderlərindən olan Andranik Tevanyan bəyan edib.
Sentyabrın 26-da etiraz aksiyasının davam etdiriləcəyi razılaşdırılıb.
Mənbə: TASS
20:20
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər İrəvanın mərkəzindəki Respublika meydanına toplaşıblar.
Hökumət binasının bilavasitə yaxınlığında yerləşən əraziyə artıq iki mindən çox insan gəlib.
Toplananlar hökumət əleyhinə şüarlar səsləndirir, ölkə rəhbərliyini və şəxsən baş nazir Nikol Paşinyanı ölkənin hazırkı vəziyyətinə görə günahlandırırlar.
Qeyd edək ki, hökumət binasının mərkəzi girişi ilə üzbəüz polis qüvvələri düzülüb.
Mənbə: TASS