Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Paşinyanla bağlı yayılan 1 aprel “zarafat”ı: Öz liderini lağa qoyan ermənilər - YENİLƏNİB
Ermənistan mətbuatında Nikol Paşinyanın istefası ilə bağlı çıxan yazıların 1 aprel – Gülüş günü ilə əlaqədar “zarafat” olduğu üzə çıxıb.
Xəbər tirajlandıqdan sonra erməni saytlarından silinib.
Lakin istənilən halda sözügedən hadisə erməni cəmiyyətinin baş nazirə qarşı mövqeyini ortaya qoyub. Belə ki, Paşinyanın istefasının erməni cəmiyyətində gülüş obyekti kimi görülməsi, sevinc yaradacaq şad xəbər kimi təqdim olunması erməni hökumətinin xalq arasındakı nüfuzundan xəbər verir.
Yayılan xəbər göstərir ki, Nikol Paşinyan hakimiyyəti xalq arasında sevilmir və xalq öz liderinə qarşı istənilən istehza və kinayəni məqbul hesab edir.
11:24
Ermənistanın baş naziri Nikol Paşinyan istefa vermək qərarına gəlib.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
“Azərbaycanın anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan müvəqqəti hakimiyyətdən getməyə qərar verib, bununla da özünü və hökumətini xilas etməyi düşünür”, - mənbə yazır.
Məlumatda həmçinin qeyd olunur ki, Ermənistanda növbədənkənar parlament seçkisi sentyabrın 10-da keçirilməlidir.