Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Pentaqonun sənədlərini sızdıran şəxs məhkəmə qarşısına çıxarıldı - FOTO
“Cek Teyşeyra ABŞ Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasının İT xidmətində çalışıb və məxfi sənədlərin saxlandığı şəbəkəyə rəhbərlik etdiyi üçün onlara giriş imkanına malik olub”.
Bu barədə CNN telekanalı məlumat verib.
ABŞ Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasının əməkdaşı Cek Teyşeyra Pentaqonun məxfi sənədlərinin sızdırılmasında şübhəli bilinib və ona qarşı Massaçusets ştatının Boston Şəhər Məhkəməsində ittiham irəli sürülüb.
Telekanalın məlumatına görə, Teyşeyra həbs olunduqdan sonra ilk dəfə məhkəmə qarşısına çıxarılıb. Bostondakı məhkəmə zalı tamamilə dolu olub, iclasda həmçinin şübhəlinin ailəsinin üç üzvü də iştirak edib.
ABŞ hərbçisinə qarşı iki ittiham irəli sürülüb: milli müdafiə məlumatlarının icazəsiz saxlanması və ötürülməsi, həmçinin məxfi sənədlərin və ya materialların icazəsiz silinməsi və saxlanması.
Teyşeyra rəsmi açıqlama verməyib. İclas zamanı o, təqsirləndirilən şəxs kimi hüquqlarını tanıyıb-tanımaması ilə bağlı suala təsdiq cavabı verib. Hakim iş üzrə növbəti iclası aprelin 19-na təyin edib. Həmin vaxta qədər şübhəli şəxs nəzarət altında saxlanılacaq.
Qeyd edək ki, 21 yaşlı Cek Teyşeyra aprelin 13-də saxlanılıb. Bu, “The New York Times”da bu barədə material dərc olunduqdan sonra baş verib. Belə ki, materialda hərbçinin “Discord” mesencer çatının administratoru olduğu bildirilib. Pentaqonun gizli sənədləri isə bu çat vasitəsilə dərc olunub. Materiallar Ukraynadakı müharibə və Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan əks-hücumu ilə bağlı olub. Sənədlərdə həmçinin İsrail, Çin, İran və digər ölkələrin adları çəkilib.
CNN məhkəmə sənədlərinə istinadən yazır ki, Teyşeyra ABŞ Hərbi Hava Qüvvələri Milli Qvardiyasının İT xidmətində çalışarkən 2021-ci ildən “Tam məxfi” qrifi altında olan materiallara çıxış imkanı olub, 2022-ci ilin dekabrında onları “Discord”da dərc etməyə başlayıb. Telekanalın Pentaqondakı mənbəsi bildirib ki, Teyşeyranın vəzifələrinə gizli sənədlərlə deyil, onların saxlandığı şəbəkə ilə işləmək daxil olub.
Mənbə: CNN
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Rəylər