Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsinin qətlində ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovu Ermənistanda yaşayan rus vəkil müdafiə edəcək. Bu barədə mənbə məlumat verib.
“Aydın səbəblərə görə onun şəxsiyyəti hələ açıqlanmır. O, öz vəzifə borcunu yerinə yetirir”, - İnterfaks mənbənin sözlərini yayıb.
Oxu.Az xəbər verir ki, Permyakovun işi üzrə psixoloji-psixiatrik ekspertiza keçiriləcək.
“Bütün ekspertizalar, həmçinin bu ekspertiza Ermənistanda Rusiyanın 102 saylı hərbi bazasında həyata keçiriləcək ”, - mənbə qeyd edib.