Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Peskov: "Ukraynada sülh yolu ilə nizamlanma üçün ilkin şərtlər hələ görünmür"
"Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üçün real ilkin şərtlər hələ müşahidə olunmur".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Almaniya kansleri Olaf Şoltsun Ukrayna münaqişəsi ilə bağlı danışıqlar məqamının yetişdiyi barədə sözlərini belə şərh edib.
"Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə gəlincə, hələ hansısa konturlar faktiki olaraq görünmür. Biz Avropa ölkələrindən müxtəlif bəyanatlar eşidirik, lakin əslində bütün bu prosesi idarə edən, bütün kollektiv Qərbi idarə edən ölkədən bu barədə bəyanatlar görmürük", - deyə Peskov bildirib.
"Dmitri Peskov" teqi üzrə xəbərlər
- Kremldən ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq sazişinə münasibət
- Kreml Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini şərh etdi
- Peskov: "Rusiya AZAL təyyarəsinin qəzasının obyektiv araşdırılmasında maraqlıdır"
- Peskov: "Aktaudakı təyyarə qəzasının səbəbləri ilə bağlı fərziyyələr qurmaq düzgün deyil"
- Əsma Əsəd Britaniyaya köçür? - Boşanma məsələsi ilə bağlı yeni açıqlamalar
Rəylər